26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold”un istiqrazları investorlara 2,4 milyon dollar faiz gəlirləri qazandırıb

Bakı Fond Birjasında “AzerGold” QSC-nin istiqrazlarının mütəşəkkil kapital bazarlarına daxil olması münasibətilə “Açılış zəngi” mərasimi keçirilib.

QSC-dən verilən məlumata görə, mərasimdə qeyd olunub ki, “AzerGold” QSC-nin nominal dəyəri 100 ABŞ dolları, tədavül müddəti 3 il, ümumi dəyəri 20 milyon ABŞ dolları olan istiqrazları illik 6% kupon dərəcəsi ilə emissiya edilməklə ölkəmizin qiymətli kağızlar bazarının inkişafına, vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanı yaratmağa xidmət edir.

Bildirilib ki, “AzerGold” tərəfindən istiqrazlar ilk dəfə 2020-ci ildə Bakı Fond Birjasında hərrac üsulu ilə kütləvi ticarətə buraxılıb. “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayter qismində çıxış etdiyi “AzerGold” istiqrazları 3 illik tədavül müddəti ərzində investorlara 2,4 milyon dollar məbləğində faiz gəlirləri qazandırıb.

Əlavə edilib ki, yeni istiqrazların tədavülü də kapital bazarında maliyyə alətlərinin şaxələndirilməsinə və investorlar üçün münbit sərmayə mühitinin formalaşdırılmasına mühüm töhfələr verəcək.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?