11 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dünya İqtisadi Forumu çərçivəsində "COP28 və qarşıdakı yol" mövzusunda sessiya keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Dünya İqtisadi Forumu çərçivəsində "COP28 və qarşıdakı yol" mövzusunda sessiyada çıxış edib. Tədbirdə həmçinin, ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri, Beynəlxalq Enerji Agentliyinin baş direktoru Fatih Birol, ENGİE Qlobal Enerji Şirkətinin icraçı direktoru Ketrin Makqreqor mövzu barədə moderator, ABŞ-ın “The Washington Post” media qurumunun icraçı redaktoru Salli Bazbinin suallarını cavablandırıblar.

COP-28-in əsas nailiyyətləri barədə fikirlərini bildirən Azərbaycanın iqtisadiyyat naziri enerji səmərəliliyinin, bərpa olunan enerji mənbələrinin artırılması, ənənəvi yanacaq növlərindən istifadənin azaldılmasına diqqət yetirilməsi və digər nəticələr baxımından uğurları diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan COP29-un ev sahibi olaraq bu sahədə tədbirlərin uğurlu şəkildə həyata keçirilməsi öhdəliyini tam məsuliyyəti ilə anlayır. Ölkəmiz COP29-un əsas mövzusu olan enerji keçidində maliyyələşdirmə mexanizmlərinin təmin edilməsi məqsədilə bütün maraqlı tərəflərlə işləməyə hazırdır. Bildirilib ki, beynəlxalq maliyyə təşkilatları bu məsələdə mühüm tərəfdaşlardır. Bununla yanaşı, prosesə özəl sərmayənin cəlbi də təşviq edilməlidir. Enerji keçidində maliyyələşdirmə mexanizmlərinin təmin edilməsində hökumətlərdən çox şey asılıdır.

Sessiyada Azərbaycanın enerji keçidi prosesində həyata keçirdiyi tədbirlər, əldə edilən nəticələr və qazanılan təcrübə barədə məlumat verilib: “Biz ölkənin gəlirlərindən, o cümlədən qalıq yanacaqlardan əldə olunan gəlirlərdən enerjiyə keçidə başlamaq üçün istifadə etmişik. Xüsusilə 2030-cu ilə qədər enerji tələbatının 30%-nin bərpa olunan mənbələr hesabına ödənilməsi hədəfimizdən xeyli irəlidəyik. Bugünkü səviyyədə səylərimizi davam etdirsək, 2028-ci ilə qədər bu hədəfə nail ola bilərik”.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?