10 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2023-cü il üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb

2023-cü il üzrə operativ məlumatlara əsasən, ötən il ərzində respublikada elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 272,3 mln. kVt·st, yəni 0,9% artaraq 29 276,6 mln. kVt·st olub.

Energetika Nazirliyinin məlumatına görə, 12 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 27 160,4 mln. kVt·st, SES-lərdə 1 757,2 mln. kVt·st, digər mənbələr üzrə isə 359,0 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 56,6 mln. kVt·st, günəş elektrik stansiyalarında 79,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 223,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 26 441,2 mln. kVt·st (İES-lərdə 24 794,2 mln. kVt·st, SES-lərdə 1 647,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 481,0 mln. kVt·st (İES-lərdə 325,03 mln. kVt·st, SES-lərdə 95,02 mln. kVt·st, Günəş ES-də 60,93 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 41,9 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 312,5 mln. kVt·st təşkil edib.

Ötən il ərzində elektrik enerjisinin ixracı 3 252,5 mln. kVt·st, idxalı isə 211,8 mln. kVt·st olub.

Qeyd edək ki, 2023-cü ilin dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 788,7 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin ixracı 504,3 mln. kVt·st, idxalı isə 11,0 mln. kVt·st təşkil edib.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?