24 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

460 min manatdan çox vəsait istehlakçılara geri qaytarılıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçı hüquqlarının qorunması sahəsində proseslərin tənzimlənməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 2023-cü ilin 11 ayı ərzində vətəndaşlardan daxil olan 2555 müraciət təmin olunub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə Xidmət rəisi Məmməd Abbasbəyli sosial şəbəkə hesabında yazıb.

Xidmət rəisi bildirib ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 25,1 faiz artım deməkdir.

“Təmin olunan müraciətlər üzrə 460 min manatdan çox vəsait istehlakçılara geri qaytarılıb, 80 min manatadək dəymiş ziyan ödənilib. Müraciətlərin sayının artması istehlakçıların öz hüquqları barədə məlumatlılığına dəlalət edir və təmin olunma səviyyəsində artım bu hüquqların müdafiəsinin səmərəli təşkilindən xəbər verir”, - M.Abbasbəyli əlavə edib.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?