26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

20 dövlət əmlakı üzrə hərrac keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 23 yanvar tarixində keçiriləcək hərraca 5 səhmdar cəmiyyətin səhm paketi, 5 nəqliyyat vasitəsi, 30 yanvar hərracına isə 10 nəqliyyat vasitəsi çıxarılacaq.

Xidmətdən verilən məlumata görə, hərracda iştirak edəcək şəxslər yüngül və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərin səhmlərini özəlləşdirə bilərlər. Bunların arasında “Ağdaş Quşçuluq”, “Biləsuvar Broyler” və “Zaqatala Fındıq” kimi səhmdar cəmiyyətləri də vardır.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 93 970 manatla 1 120 118 manat arasında dəyişir.

23 və 30 yanvar tarixlərində keçiriləcək hərraclara çıxarılan nəqliyyat vasitələri əsasən Rusiya, Almaniya və Koreya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1989-2014-cü illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?