27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qars-Naxçıvan dəmir yolunun inşası planı Orta Dəhlizin yeni bir qolunun yaranması kimi qiymətləndirilir

“Azərbaycan Orta Dəhlizin şərqlə qərbi birləşdirən etibarlı ticarət marşrutu kimi önəm qazanmasında həlledici rol oynayıb. Orta Dəhliz boyu ölkəmizdən keçən nəqliyyat dəhlizləri, Bakı Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələr Azərbaycandan Türkiyə vasitəsilə Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün ən qısa və səmərəli nəqliyyat marşrutlarını formalaşdırır”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumundakı çıxışında bildirib. Nazir onu da vurğulayıb ki, ölkəmiz bu çərçivədə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı kimi, öz hesabına dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan infrastruktur layihələrinə investisiya yatırıb: “Eyni zamanda, Qars-Naxçıvan dəmir yolunun inşası planını isə Orta Dəhlizin yeni bir qolunun yaranması kimi qiymətləndirməliyik. Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək yol alternativ kimi bizim nəqliyyat sahəsində tərəfdaşlığımızı daha da möhkəmlədəcək”.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?