27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Süni intellekt üzrə yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən beynəlxalq standart əsasında AZS ISO/IEC 22989:2023 “İnformasiya texnologiyaları — Süni intellekt — Süni intellektə dair anlayışlar və terminologiya” yeni dövlət standartı qəbul edilib.

AZSTAND-ın məlumatına əsasən, sosial-iqtisadi inkişafda süni intellektin tətbiqi vətəndaş məmnuniyyətinin təmin olunması üçün böyük rol oynayır. İnformasiya texnologiyaları sahəsində süni intellekt iş əmsalının artırılması, istehsalatda vaxta, enerji resurslarına və büdcə vəsaitlərinə qənaət edilməsi baxımından əvəzolunmaz texnologiyadır. Süni intellektə əsaslanan sistemlərin yaradılması, tətbiq edilməsi və davamlı təkmilləşdirilməsi rəqəmsal iqtisadiyyatın prioritet istiqamətlərindəndir.

Rəqəmsal texnologiyaların inkişafının əhatə dairəsinin genişləndirilməsi məqsədilə müvafiq proseslər həyata keçirilir. Bununla əlaqədar olaraq dövlət standartında süni intellekt texnologiyasının daha yaxşı anlaşılması və istifadə edilməsi üçün standartlaşdırılmış anlayışlar və terminologiya təqdim edilir.

Bu standart “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?