19 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Bakı Mərmər Qranit” MMC-nin investorlar üçün cəlbediciliyi artırılır

Hazırda "Bakı Mərmər Qranit” MMC-də müəssisənin özəlləşdirmə öncəsi sağlamlaşdırılması və potensial investorlar üçün cəlbediciliyinin artırılması istiqamətində tədbirlər həyata keçirilir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bunu "Bakı Mərmər Qranit” MMC-nin icraçı direktoru Müşfiq İbadov deyib.

Onun sözlərinə görə, müəssisə Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2021-ci il və 30 dekabr 2022-ci il tarixli sərəncamları ilə özəlləşməyə açılıb. Artıq özəlləşdirmə komissiyası yaradılıb, inventarlaşdırma aparılıb, müstəqil qiymətləndirici şirkətin iştirakı ilə nizamnamə kapitalı müəyyən olunub, yeni hüquqi şəxs - “Bakı Mərmər Qranit” MMC təsis edilib. Müəssisənin nizamnamə kapitalı 17 059 000 manat olmaqla, hər biri 100 manat olan 170 590 paydan ibarətdir. Müəssisə 6,18 ha ərazidə yerləşir. Əsas istehsal sahələri mərmər və qranitin kəsilməsi, cilalanması və digər emal proseslərini həyata keçirən mərmər, qranit, penobeton, aqlay daş və daha bir neçə sexdən ibarətdir.

Layihə üzrə illik istehsal gücü 300 000 kvadratmetr təşkil edir. Müəssisədə əsasən Türkiyədən alınmış avandanlıqlar quraşdırılıb. Eyni zamanda, müəssisədə Çin, İtaliya, Almaniya və Rusiya istehsalı olan dəzgahlar da mövcuddur. M.İbadov bildirib ki, zavod gələcəkdə istehsal edəcəyi məhsulları xaricə də ixrac etməyi planlaşdırır.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?