24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda beynəlxalq konfrans keçirilib

“Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda beynəlxalq konfrans keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutu (ESRI) tərəfindən Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda açılış nitqi ilə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib ki, Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycanda siyasi və iqtisadi sabitliyin təmin edilməsi, iqtisadiyyatın yenidən qurulması, davamlı inkişaf mərhələsinin başlanmasıdır. Məhz Ulu Öndərin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində bugünkü dinamik inkişaf edən dayanıqlı iqtisadiyyatın təməli qoyulub.

Tədbir çərçivəsində “Heydər Əliyev – canlı xatirələr və iqtisadi strategiya” mövzusunda panel keçirilib, ictimai-siyasi xadim Həsən Həsənov, millət vəkili Ziyad Səmədzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov və BP-nin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışlarında Ulu öndər Heydər Əliyevin sosial-iqtisadi sahədə apardığı mühüm islahatlardan və yeni neft strategiyasının formalaşmasındakı əvəzsiz fəaliyyətindən söz açıblar. Heydər Əliyevin rəhbərliyi ilə bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi - xüsusi mülkiyyətçilik, azad sahibkarlıq, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı, sosial infrastrukturun modernləşdirilməsi və digər sahələrdə böyük uğurların əldə edildiyi diqqətə çatdırılıb.

ESRİ-nin İdarə Heyətinin sədri Mahir Hümbətov konfrans iştirakçılarına İnstitut tərəfindən keçirilmiş "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!" adlı beynəlxalq elmi və praktiki məqalə müsabiqəsi barədə məlumat verib. Müsabiqənin Heydər Əliyev irsinin ölkə hüdudlarından kənarda öyrənilməsi baxımından əhəmiyyət kəsb etdiyi qeyd olunub. Seçilmiş məqalələr İnstitut tərəfindən yeni təsis edilmiş “Strateji iqtisadi düşüncə” (JSET) beynəlxalq jurnalında dərc edilib.

Daha sonra müsabiqədə qalib gələn Azərbaycan, Belarus, Küveyt, Moldova, Pakistan və Türkiyənin təhsil və elmi-tədqiqat müəssisələri, beyin mərkəzlərinin əməkdaşları - Məhəmməd Səmədov, Oleq Leşenyuk, Haila Əlmekaimi, Ruslan Şevçenko, Xalid Taimur Akram, Muhammad Zaman, Mehmood Ul Hassan Xan və Doğacan Başaran təltif ediliblər.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?