24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Mingəçevir Tekstil” istehsal gücünü artıracaq

“Mingəçevir Tekstil” istehsal gücünü artıracaq

İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyində olan Mingəçevir Sənaye Parkının rezidenti “Mingəçevir Tekstil” MMC gələn ilin mart-aprel aylarından etibarən istehsal gücünü artırmağı planlaşdırır.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Mingəçevir Tekstil” MMC-nin direktoru Əli Əsədov deyib.

Onun sözlərinə görə, artıq istehsal gücünün artırılması üçün tələb olunan avadanlıqların bir hissəsi quraşdırılıb. Qalan avadanlıqlar da ölkəyə gətirilmək üzrədir.

MMC istehsal gücünü əsas iki müəssisəsinin - iplik istehsalı ilə məşğul olan “Ring Spining” və “OpenEnd” fabriklərinin hesabına artıracaq. Hazırda bu fabriklərin illik istehsal gücü 1200 tondur. Gələn il fabriklərin illik istehsal güclərinin 1400 tona çatdırılması nəzərdə tutulur. MMC istehsalı artırmaqla 8-12 yeni daimi iş yeri də yaradacaq.

Qeyd edək ki, “Mingəçevir Tekstil” MMC-nin “Ring Spining” və “OpenEnd” fabriklərində Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında iplik istehsal edilir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?