11 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qırğızıstan şirkətlərinin nümayəndələri SKSP-də olublar

Noyabrın 21-də Qırğızıstanda tekstil, tikinti, aqrar, logistika və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Fuad Məhərrəmov şirkət nümayəndələrinə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılmış əlverişli investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonalarının təqdimatı nümayiş etdirilib.

Görüşdə iştirak edən Qırğızıstan şirkətlərinin nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyəti və əməkdaşlıq imkanlarından danışıblar.

Eyni zamanda, şirkət nümayəndələri Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında mövcud əlverişli investisiya imkanlarından yararlanmaqla biznes layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.

Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin Elektrik avadanlıqları və Ağır maşınqayırma zavodlarında gedən istehsal prosesləri ilə tanış olublar.

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?