8 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mərkəzi Bankın ehtiyatları 17 faizədək artıb

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatları 16,8 faiz artaraq 10,5 milyard ABŞ dolları təşkil edib.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, hesabat dövründə valyuta hərraclarının 99 faizində təklif tələbi üstələyib.

“Bu dövrdə valyuta bazarında məzənnə sabitliyinin təmin olunması məqsədilə Mərkəzi Bank 1248 milyon dollar həcmində alışyönlü müdaxilə edib. Banklararası REPO faizlərinin artıq Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət etməsini böyük nailiyyət kimi qeyd etmək olar. Belə ki, oktyabrda 1 həftəlik banklararası REPO faizi (1W AINAIB) 8,38 faiz olmaqla dəhlizin daxilində formalaşıb. Bu o deməkdir ki, banklararası qısamüddətli pul bazarında faizlər faiz dəhlizinin dəyişiminə reaksiya verir”, - T.Kazımov qeyd edib.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?