25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əli Əsədov: "Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir"

Əli Əsədov: "Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir"

Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Ölkələrimizin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, eləcə də Cənub Qaz Dəhlizi bu baxımdan strateji layihələr hesab edilir.

Bu sözləri Azərbaycanın Baş naziri Əli Əsədov Tbilisidə 4-cü İpək Yolu Beynəlxalq Forumundakı çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi Azərbaycan qazının Avropaya birbaşa nəql edilməsinə imkan yaradıb. Ötən ilin iyul ayında Azərbaycan ilə Avropa Komissiyası arasında Anlaşma Memorandumu imzalanıb və sənədə əsasən, 2027-ci ilə qədər Azərbaycandan təbii qazın təchizat həcmi iki dəfə artırılacaq.

“Bu gün biz birlikdə Avropaya yaşıl enerji körpüsünü salmağa başlayırıq. Bununla bağlı ötən ilin dekabr ayında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Artıq Bolqarıstan da layihəyə qoşulmaq niyyətini ifadə edib. Ümidvarıq ki, bu layihə bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinə əlavə töhfə verəcək”, - deyə Baş nazir vurğulayıb.

AZƏRTAC

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?