22 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Doqquz ayda 80,8 milyon dollar dəyərində meşə fındığı ixrac edilib

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədən 80,8 milyon ABŞ dolları dəyərində 16,1 min tondan çox meşə fındığı ixrac edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəriciləri ilə müqayisədə dəyər olaraq 10,7 faiz (7,83 milyon dollar), həcm olaraq isə 20 faiz (2,69 min ton) çoxdur.

Cari ilin avqust ayına nisbətdə isə sentyabrda fındığın ixrac dəyəri 68,8 faiz və ya 4,23 milyon dollar, həcmi isə 67,3 faiz və ya 823,67 ton artaraq müvafiq olaraq 10,37 milyon dollar və 2,04 min ton təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin ilk 9 ayında fındığın ümumi ixracda xüsusi çəkisi 0,31 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,32 faizə bərabər olub.

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?