27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Son 20 ildə ölkənin strateji valyuta ehtiyatları 58,5 milyard dollara yüksəlib

Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-in real həcmi 4 dəfə artıb.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetində dərc edilmiş “Azərbaycan: güclü iqtisadi potensialı olan qalib dövlət” məqaləsində bildirilir.

Məqalədə adambaşına ÜDM-in 769 dollardan 7798 dollara yüksəldiyi, qeyri-neft-qaz ÜDM-nin 4,1 milyard dollardan 41,1 milyard dollara çatdığı qeyd olunur.

“Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard dollardan 52,7 milyard dollara yüksəlib. İxracın həcmi 2,2 milyard dollardan 38,1 milyard dollara çatıb. Qeyri-neft ixracı 0,26 milyard dollardan 3,05 milyard dollara yüksəlib. Xarici ticarətin profisiti 0,5 milyard dollardan 23,6 milyard dollaradək artıb. 2003-2022-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatı 2,2 dəfə, nəqliyyat sektoru 4,9 dəfə, turizm və ictimai iaşə 18,9 dəfə, informasiya və rabitə sahəsi isə 23 dəfə artıb”, - nazir qeyd edib.

Bununla yanaşı, qeyd olunan dövrdə ölkənin strateji valyuta ehtiyatlarının 1,4 milyard dollardan 58,5 milyard dollara yüksəldiyi, 2002-ci il ilə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsinin 46,7 faizdən 5,5 faizə endiyi bildirilir.

“Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında hədəflənən nəticələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında ölkənin mövqeyini gücləndirmək, daha yuxarı gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir”, - nazir əlavə edib.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?