25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan və Rusiya arasında aqrar ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşır

Azərbaycan və Rusiya arasında aqrar ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşır

Bu ilin əvvəlindən Azərbaycan və Rusiya Federasiyası arasında kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsi 959 milyon ABŞ dolları təşkil edib.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatına görə, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükü dəyər ifadəsində 465 milyon ABŞ dolları, Rusiyadan Azərbaycana isə 494 milyon dollar olub.

Rusiya Azərbaycana buğda və un, diri mal-qara, quş əti, yumurta, kartof və digər məhsulların tədarükünü artırıb. Azərbaycan isə süd məhsulları, nar və çəyirdəkli meyvələr, qoz-fındıq tədarükünü artırıb və Rusiyaya pomidor, xurma, alma və kartof ixracında ənənəvi olaraq lider mövqeyini qoruyub saxlayır.

İkitərəfli ticarətin miqyasını nəzərə alaraq, “Rosselxoznadzor” və Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi qarşılıqlı tədarüklərə nəzarət proseslərini optimallaşdırmaq üçün yaxın gələcəkdə bir sıra addımlar atmağa razılaşıblar. Tərəflər ardıcıl olaraq alqoritmlər hazırlayırlar ki, bu da son nəticədə həm heyvandarlıq, həm də bitkiçilik məhsulları üçün hər iki ölkədə müşahidə sistemlərinin ekvivalentliyinin tanınmasına gətirib çıxarmalıdır. Bu, sistemli şəkildə bir sıra nəzarət tədbirlərindən imtina etməyə və qurumların zəmanəti altında ticarəti həyata keçirməyə imkan verəcək.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?