27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qazaxıstanla standartlaşdırma sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutunun (KazStandard) nümayəndə heyəti ilə görüş keçirilib.

İnstitutdan verilən məlumata görə, görüşdə qurumlar arasında mövcud əlaqələr, əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.

Bundan əlavə, tərəflər Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutunun Beynəlxalq Elektrotexniki Komissiyada (IEC) fəaliyyəti, texniki reqlamentlər və onların istinad standartlarının hazırlanması, qəbulu və tətbiqi, uyğunluğunun qiymətləndirilməsi, beynəlxalq standartların qəbulolunma prosedurlarına dair müzakirələr aparıblar.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?