20 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İƏT-in Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının prezidenti Yalçın Yükselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirin birinci müavini Bankın səlahiyyət müddəti başa çatan rəhbər heyətinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, ölkəmizlə səmərəli əməkdaşlığın qurulmasında göstərilən səylərə görə təşəkkür edib.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankı ilə fəal əməkdaşlıq etdiyi diqqətə çatdırılıb. Bununla belə, Bankla ölkəmizin də iştirakçısı olduğu beynəlxalq nəqliyyat dəhlizləri, birgə investisiya fondları və dövlət-özəl tərəfdaşlığı layihələri üzrə əməkdaşlıq potensialının reallaşdırılması imkanları qeyd olunub.

Tərəflər Bankla əməkdaşlığın yeni istiqamətlərinə dair fikirlərini bölüşüblər.

Qeyd edək ki, İƏT-in Ticarət və İnkişaf Bankı üzv ölkələrin kənd təsərrüfatı, enerji, nəqliyyat, informasiya texnologiyaları, kiçik və orta sahibkarlığın inkişafı, sənaye, xidmət və s. sahələrinin inkişafı məqsədilə həmin dövlətlərə və özəl sektora kredit verməklə maliyyə dəstəyi göstərir. Eyni zamanda Bank dövlət və özəl sektor sərmayələri, əməkdaşlıq və inkişaf mövzularında birgə proqramlar təşkil edir.

VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur?