28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Səhmdar cəmiyyətinin MMC-yə çevrilməsi qaydası

Açıq səhmdar cəmiyyətinin məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi mümkündürmü və bu halda hansı prosedurlar həyata keçirilməlidir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, dövlət qeydiyyatı məlumatlarında dəyişiklik edilməsi üçün müraciət “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” və “Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə” formalarında edilir. Bu zaman müraciət edən ərizənin dəyişiklik aparılması məqsədilə təqdim edildiyini işarə edir və ərizədə hüquqi şəxsin adını (adı dəyişdikdə yeni adını), VÖEN-ni və dəyişiklik barədə məlumatı qeyd edir. Ərizəyə aparılacaq dəyişikliyi təsdiq edən sənədlər (qərar və s.), habelə zərurət yarandıqda nizamnamənin yeni redaksiyası və ya nizamnaməyə dəyişiklik layihəsi əlavə edilməlidir.

Dəyişiklik yenidən təşkil olunma ilə əlaqədardırsa, bu halda yenidən təşkil haqqında qərar, təhvil aktı və ya bölünmə balansı, yeni redaksiyada nizamnamə və ya nizamnaməyə dəyişiklik, “Vergilər” qəzetində elektron qaydada dərc olunmuş müvafiq elan ərizəyə əlavə edilməlidir.

Yenidən təşkil edilmiş hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün təqdim edilməli sənədlər ilə bağlı "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları" faylını yükləməklə (1.1.3. bənd) məlumat ala, aydın olmayan məqamlar barədə Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Mülki Məcəllənin 55-58-ci maddələri, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?