11 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan “TransLogistica Kazakhstan 2023” sərgisində təmsil olunur

Azərbaycan Qazaxıstanın paytaxtı Astanada keçirilən “TransLogistica Kazakhstan 2023” nəqliyyat və logistika sərgisində təmsil olunur.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı “ADY Express” MMC-yə istinadən xəbər verir ki, sərgiyə 20-dən çox ölkədən 200-dən çox şirkət, minlərlə iştirakçı və nümayəndə qatılıb. Sərgidə Azərbaycanı “ADY Express” MMC və “ADY Konteyner” MMC təmsil edir. Şirkət nümayəndələri ölkənin yükdaşıma sahəsində nəqliyyat və logistika imkanları, eləcə də Orta Dəhliz üzrə yüklərin daşınması üzrə təcrübəni təqdim edərək ziyarətçilərə Azərbaycan ərazisindən yüklərin daşınmasının səmərəliliyini nümayiş etdirir ki, bu da logistik zəncirlərin təkmilləşdirilməsinə kömək edir.

Nəqliyyat həftəsi çərçivəsində Astanada “Yeni İpək Yolunda multimodal daşımaların tendensiyaları” adlı biznes forum da keçirilib. Bu tədbirdə xarici ölkələrin müxtəlif nazirliklərinin rəhbərləri, işgüzar dairələrin nümayəndələri və iri şirkətlərin rəhbərləri iştirak edib.

Təcrübə mübadiləsi və yeni əlaqələrin yaradılması üçün Azərbaycan dəmir yolları nümayəndələrinin “TransLogistica Kazakhstan 2023” sərgisində və biznes forumda iştirakı Azərbaycanda nəqliyyat və logistika sahəsində gələcək inkişafın təmini, Mərkəzi Asiya regionu ilə əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycan ərazisindən keçən tranzit marşrutlarının populyarlaşdırılması və tranzit yük axınının artırılması istiqamətində daha bir mühüm addım sayıla bilər.

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?