27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hansı halda vergi ödəyiciləri idxal edilən malların məlumat formasını təqdim etməyə bilər?

Vergi Məcəlləsinin 16.1.11-11.3-cü maddəsinin ikinci abzasına əsasən, vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) boşaldılmış hesab olunur. Sualımız bundan ibarətdir ki, vergi ödəyicisinin bir anbar və bir satış obyekti olarsa, bu cür hal bir təsərrüfat obyektimi sayılır, yoxsa hər bir qeydiyyata qoyulmuş obyekt ayrı-ayrılıqda nəzərə alınaraq 2 təsərrüfat obyekti kimi qeydə alınır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, ötən il Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyət göstərən və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumatlar malların idxal olunacağı tarixədək vergi orqanına təqdim edilməlidir. Dəyişikliyin məqsədi idxal əməliyyatları həyata keçirən, habelə üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə vergi nəzarətinin gücləndirilməsi məqsədilə idxal olunan malların sifarişçiləri, habelə həmin malların saxlanc yerləri barədə əvvəlcədən vergi orqanlarına məlumatın verilməsidir.

Bununla belə, vergi ödəyicilərinin inzibati yükünün azaldılması məqsədilə qeyd olunan məlumat formasını təqdim edən subyektlərin dairəsində 01.01.2023-cü il tarixdən etibarən dəyişiklik edilib. Belə ki, vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda, idxal edilən malların qeydiyyatda olan həmin obyektə aparılması kimi qiymətləndirilməsi və məlumat formasının təqdim olunmaması müəyyən edilib. Digər vergi ödəyiciləri tərəfindən isə həmin məlumatların təqdimolunma müddəti artırılıb, malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların isə gömrük nəzarətindən çıxdığı vaxtdan 1 iş günü müddətində) təqdim olunması ilə bağlı dəyişiklik edilib.

Sorğunuzda qeyd olunan halda vergi ödəyicisinin uçota alınmış iki təsərrüfat subyekti (obyekti) olduğu üçün məlumat forması vergi orqanına təqdim edilməlidir.

Dəyişiklik haqda ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

https://www.taxes.gov.az/uploads/2023/VM2023/04.pdf

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?