22 İyun 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Eldəniz Əmirov: “Naxçıvanda iqtisadi həyatın tam yeni dönəmi başlayır”

“Naxçıvanda iqtisadi həyatın tam yeni dönəmi başlayır”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla dünən Naxçıvanda keçirilmiş görüşünü şərh edən iqtisadçı Eldəniz Əmirov bu fikirdədir.

E.Əmirovun sözlərinə görə, İğdırdan Naxçıvana çəkiləcək 85 km-lik qaz boru kəmərinin 500 milyon kubmetr həcmində illik, 1,5 milyon kubmetr həcmində gündəlik ötürücülük gücünün olması Naxçıvanın asılılığını aradan qaldıracaq: “İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsi ilə bağlı anlaşma Memorandumu 2020-ci ildə, müharibədən dərhal sonra, dekabrın 15-də bağlandı. O zamankı layihə göstəriciləri ilə bu gün bildirilən layihə göstəriciləri arasında kəskin fərqlər var və bu fərqlər potensialın daha çox, eyni zamanda, strateji hədəflərin daha yüksək olduğunu göstərir. Layihəyə görə, Naxçıvanın qaza olan tələbatından əlavə 50 faiz qaz artıq qalır. Bu isə o deməkdir ki, yerdə qalan hissə məhz Naxçıvan Mustar Respublikasında iqtisadiyyatın digər sahələrinə, sənaye sahələrinin inkişafına sərf edilə bilər”.

E.Əmirov bu layihənin digər strateji hədəfini də açıqlayıb. Bildirib ki, gələcəkdə Zəngəzur dəhlizi açılan zaman bu gün Türkiyədən Naxçıvana gələn qaz kəməri əksinə işləyəcək - Naxçıvandan Türkiyəyə qaz ötürəcək.

Xatırladaq ki, Azərbaycan və Türkiyə bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu da imzalayıb. E.Əmirov hesab edir ki, bu, Naxçıvanın həm iqtisadi inkişafı, həm də enerji təminatına ciddi təsir edəcək: “Bu, Azərbaycanın “yaşıl enerji” strategiyasının bir hissəsidir. Eyni zamanda, düşünürəm ki, bilavasitə Naxçıvanın və ümumilikdə ölkənin strateji inkişaf planına uyğundur, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin tələblərinə cavab verir. Bərpa-istehsalat hərbi kompleksinin açılması isə təkcə müdafiə sənayesindəki əməkdaşlığımıza deyil, həm də Naxçıvanda məşğulluğa töhfə verəcək”.

Fərqanə ALLAHVERDİQIZI

VergiSənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur? VergiZərgərlik məmulatlarının nağd satışına görə cərimə nə qədərdir? VergiKarqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib? Vergiİcarəyə götürülən obyekt üçün kod almaq mümkündürmü? VergiTorpaqların icarəyə verilməsi əməliyyatı ƏDV-yə cəlb olunurmu? VergiGüzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır? VergiQeyri-rezidentlərə xalis mənfəətə görə hesablanan vergi ilə bağlı dəyişikliklər VergiBazarın sahibi icarəyə götürülən obyektin vergi orqanında uçota qoyulmasını tələb edə bilərmi? VergiƏhalidən qızıl alışına çəkilən xərclər hansı formada gəlirdən çıxıla bilər? VergiKassa metodu ilə çalışan sahibkar üçün gəlirin əldə edilməsi vaxtı necə tənzimlənir?