17 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yaxın günlərdə süni intellektlə bağlı strategiyanın ilkin layihəsi təqdim ediləcək

Yaxın günlərdə süni intellektlə bağlı “Yeni Nəsil İqtisadiyyat Strategiyası”nın detalları və bu istiqamətdə görüləcək işlərlə bağlı məlumatlar ictimaiyyətə acıqlanacaq.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmçinin, elm və sənaye klasterinin qurulması ilə bağlı universitetlərlə birgə əməkdaşlıq istiqamətində görülən işlər barədə ətraflı danışılacaq.

“Süni intellekt istiqamətində dünya ölkələri ilə birgə hazırladığımız strategiyanın ilkin layihəsini ictimaiyyətə təqdim edəcəyik”, - deyə F.Cəfərov qeyd edib.

O əlavə edib ki, hazırda süni intellekt bir sıra sahələrdə - kənd təsərrüfatı, idman, elektron hökumət portalı, gömrük, SOCAR və digər qurumlarda müxtəlif layihələrin icrasında tətbiq edilir.

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?