18 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Meyvə-tərəvəz ixracı 13 faizdən çox artıb

Bu ilin yanvar-avqust ayları ərzində ölkədən 438,5 milyon ABŞ dolları dəyərində 435 min tondan çox meyvə-tərəvəz ixrac edilib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 7,4 faiz, həcmi isə 13,5 faiz artıb.

Cari ilin iyul ayına nisbətdə isə avqustda meyvə-tərəvəzin ixrac dəyəri 22,7 faiz azalaraq 38,4 milyon dollar, həcmi isə 20,9 faiz azalaraq 38 min ton təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin ilk 8 ayında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1,8 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 19,84 faizə bərabər olub.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?