17 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xarici bazara çıxarılan Azərbaycan fındığının qiyməti bahalaşıb

Dünya fındıq bazarında baş verən proseslərlə əlaqədar xarici bazara çıxarılan Azərbaycan fındığının da qiymətində bahalaşma qeydə alınıb. Bunu “vergiler.az”a Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

Fındığın qiymətinin, əsasən, dünya bazarına uyğunlaşdırıldığını söyləyən İ.Orucovun sözlərinə görə, ildə bir dəfə keçirilən Beynəlxalq Fındıq Konqresi quru meyvələrin illik proqnozunu verdikdən sonra fındıq istehsal edən bölgələrdə havaların kəskin dəyişməsi, yağmurlu keçməsi məhsuldarlığı aşağı salıb: “Dünyada il ərzində 1 milyon 200 min ton qabıqlı fındıq istehsal edilir. Yağıntıların çox olması səbəbindən məhsulun keyfiyyətinin aşağı düşməsi avtomatik olaraq tələb-təklif balansını da pozur. Ona görə də ötən illə müqayisədə bu il dünya bazarında fındığın təxminən 10-15 faiz bahalaşması müşahidə edilir və yaxın zamanlarda qiymətlərdə bir qədər də artım olacağı istisna deyil. Qiymət siyasətinə təsir edən digər amilləri də nəzərə almaq lazımdır. Fındığa rəqib olan quru meyvələrin qiymətində artım yoxdur. Misal üçün, qoz və badamın qiymətlərində kəskin ucuzlaşma müşahidə edilir. Əslində, rəqib məhsulların qiymətləri aşağı olmasaydı, fındığın qiymətində daha çox bahalaşma ola bilərdi”.

İ.Orucov bunu da əlavə edib ki, Azərbaycanın şimal bölgəsində artıq fındıq yığımı başa çatıb, şimal-qərb bölgəsində isə bir həftəyə yekunlaşacağı proqnozlaşdırılır: “Bu il müəyyən ərazilərdə nisbətən az, bəzi bölgələrdə isə təxminən keçənilki səviyyədə məhsuldarlıq gözlənilir”.

İlhamə İSABALAYEVA

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?