23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Şirkətlərdə kənar auditin aparılması və mövcud problemlər

Şirkətlərdə kənar auditin aparılması və mövcud problemlər

İyunun 12-də Bakıda keçirilmiş III Milli Mühasiblər Forumunda çıxış edən iş adamı Davud Məmmədov şirkətlərdə audit və kənar audit məsələləri ilə bağlı təqdimatla çıxış edərək, auditə hazırlıq zamanı yaranan problemlər haqqında danışıb və öz tövsiyələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

D.Məmmədovun sözlərinə görə, kənar audit dəvət olunduqda şirkətin hazırlığı nəzərə alınmır, audit uzanır və nəticədə məsrəflər artır: "Auditor mənfi rəy verir və ya rəydən imtina edir. Auditə hazırlığı 1 il əvvəl başlamaq, auditoru dəvət etməzdən öncə təcrübəli mühasiblərlə məsləhətləşmək lazımdır. Burada beynəlxalq hesabatlar və maliyyə bilikləri də önəmli rol oynayır. Mühasiblər beynəlxalq hesabatları zəif bildiklərindən auditorun etdiyi düzəlişlərdən bixəbər olur, hesabatlara görə məsuliyyət daşımırlar. Audit olunmuş maliyyə hesabatları üzrə izahat verə bilmir, auditorun işini artırırlar. Auditorun dəyişdiyi zaman isə problem yaşanır, məsrəf itkisi baş verir".

D.Məmmədov qeyd edib ki, mühasiblər ACCA, CPA, CİMA imtahanlarını verməli, DipIFR sertifikatı almalı, kənar auditin əsaslarını öyrənməlidirlər. Qeyd olunub ki, problemlərdən biri də ünsiyyət məsələsidir. Müştəri ilə auditor arasında kifayət qədər ünsiyyət qurulmur, nəticədə audit prosesi uzanır, auditorun düzəlişləri səhv olur, hesabat bir neçə dəfə dəyişir.

İş adamının tövsiyəsinə görə, auditor müştəri ilə daim ünsiyyətdə olmalı, hər hansı əhəmiyyətli düzəlişlər birgə müzakirə edilməlidir.

Fəxriyyə İKRAMQIZI

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?