Şirkətlərdə kənar auditin aparılması və mövcud problemlər

2019.06.18 18:19 (UTC+04:00)

D.Məmmədovun sözlərinə görə, kənar audit dəvət olunduqda şirkətin hazırlığı nəzərə alınmır, audit uzanır və nəticədə məsrəflər artır: "Auditor mənfi rəy verir və ya rəydən imtina edir. Auditə hazırlığı 1 il əvvəl başlamaq, auditoru dəvət etməzdən öncə təcrübəli mühasiblərlə məsləhətləşmək lazımdır. Burada beynəlxalq hesabatlar və maliyyə bilikləri də önəmli rol oynayır. Mühasiblər beynəlxalq hesabatları zəif bildiklərindən auditorun etdiyi düzəlişlərdən bixəbər olur, hesabatlara görə məsuliyyət daşımırlar. Audit olunmuş maliyyə hesabatları üzrə izahat verə bilmir, auditorun işini artırırlar. Auditorun dəyişdiyi zaman isə problem yaşanır, məsrəf itkisi baş verir".

D.Məmmədov qeyd edib ki, mühasiblər ACCA, CPA, CİMA imtahanlarını verməli, DipIFR sertifikatı almalı, kənar auditin əsaslarını öyrənməlidirlər. Qeyd olunub ki, problemlərdən biri də ünsiyyət məsələsidir. Müştəri ilə auditor arasında kifayət qədər ünsiyyət qurulmur, nəticədə audit prosesi uzanır, auditorun düzəlişləri səhv olur, hesabat bir neçə dəfə dəyişir.

İş adamının tövsiyəsinə görə, auditor müştəri ilə daim ünsiyyətdə olmalı, hər hansı əhəmiyyətli düzəlişlər birgə müzakirə edilməlidir.

Fəxriyyə İKRAMQIZI