15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 17 faiz çoxalıb

2023-cü ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10864,8 milyon manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,2 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 17,1 faiz artıb.

Ümumi sərmayənin 6199,6 milyon manatı və ya 57,1 faizi məhsul istehsalı sahələrinin, 4116,1 milyon manatı (37,9 faizi) xidmət sahələrinin, 549,1 milyon manatı (5,0 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Ümumi sərmayənin 53,7 faizi dövlət, 46,3 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.

Sərmayə qoyuluşunun 73,0 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 76,7 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş vəsaitdə müəssisə və təşkilatların öz vəsaitləri 5008,7 milyon manat, büdcə vəsaitləri 4271,9 milyon manat, əhalinin şəxsi vəsaitləri 699,3 milyon manat, bank kreditləri 306,8 milyon manat, sair vəsaitlər 578,1 milyon manat olub.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?