24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Milli etalon bazasının təkmilləşdirilməsi və müasirləşdirilməsi məqsədilə müzakirələr aparılıb

Milli etalon bazasının təkmilləşdirilməsi və müasirləşdirilməsi məqsədilə müzakirələr aparılıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Mərkəzinin (İMEM) nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində səfərdə olub. Səfər çərçivəsində Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunda (TÜBİTAK ÜME) görüş keçirilib.

Qurumdan verilən məlumata görə, görüşdə milli etalon bazasının təkmilləşdirilməsi və müasirləşdirilməsi məqsədilə Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nəzdində qurulması planlaşdırılan laboratoriyalarla bağlı müzakirələr aparılıb. Bildirilib ki, institutlar arasında həyata keçirilən bu layihə metrologiya sahəsində ölçmə imkanlarının artırılmasına və müxtəlif sahələrdə dəqiq ölçmələrin icra olunmasına töhfə verəcək. Eyni zamanda, tərəflər arasında müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dair razılıq əldə olunub.

Səfər çərçivəsində İMEM-in nümayəndə heyəti TÜBİTAK-ın nəzdində fəaliyyət göstərən müasir laboratoriyalarla da tanış olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun nəzdində laboratoriyaların yaradılması nəzərdə tutulub.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?