17 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Növbəti "Uğur yolu" karyera inkişaf proqramına qeydiyyat başlayıb

İqtisadiyyat Nazirliyində növbəti "Uğur yolu" karyera inkişaf proqramına start verilib. Artıq 3-cü dəfə təşkil edilən müsabiqəyə qeydiyyat sentyabrın 11-dən başlayıb. Müsabiqəyə Nazirliyin Aparatı, regional bölmələri, strukturuna daxil olan və tabeliyindəki qurumlarında çalışan bütün əməkdaşlar qoşula bilər.

Müsabiqənin keçirilməsində məqsəd İqtisadiyyat Nazirliyinin əməkdaşlarının potensialından səmərəli istifadə etmək, onların hərtərəfli inkişafı və peşə hazırlığının artırılması, yeni nəsil idarəçilərin hazırlanması və yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılmasıdır.

Müsabiqə qeydiyyat, test imtahanları, yarımfinal və finaldan ibarət olmaqla 4 mərhələdə keçiriləcək. Nazirliyin müsabiqədə iştirak etmək istəyən əməkdaşları "Uğur yolu" karyera inkişaf proqramının rəsmi internet saytında (www.uguryol.az) şəxsi kabinet yaradaraq qeydiyyatdan keçə bilərlər.

Seçim mərhələlərini uğurla keçərək müsabiqədə qalib gələn iştirakçılar inkişaf proqramına cəlb olunacaq, müxtəlif təlimlər, kouçinq sessiyaları, komanda quruculuğu tədbirləri, İqtisadiyyat Nazirliyinin idarəçi rəhbərləri ilə mentorluq proqramında iştirak edəcəklər.

Qeyd: İlk dəfə 2021-ci ildə təşkil edilən “Uğur yolu” müsabiqəsində iştirak üçün müraciət edən 1231 iştirakçıdan 22 nəfər, 2022-ci ildə təşkil edilən müsabiqədə isə 1476 iştirakçıdan 16 nəfər qalib seçilmişdir. Müsabiqənin qalib və finalçıları inkişaf proqramına cəlb edilmişdir.

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?