24 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bankların kreditləşmə siyasətində yumşalma davam edib

Mərkəzi Bank tərəfindən 2023-cü ilin II rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri açıqlanıb. Sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən, bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Mərkəzi Banka istinadən xəbər verir ki, sorğu nəticələrinə əsasən, 2023-cü ilin II rübündə bankların kreditləşmə siyasətinin yumşalması və kreditlər üzrə tələbin artması davam edib. Kredit standartlarının yumşalması, əsasən, biznes və istehlak kreditləri üzrə müşahidə edilib. Banklar 2023-cü ilin III rübündə də kreditləşmə siyasətində yumşalmaların davam edəcəyini və kredit tələbinin artacağını gözlədiklərini bildiriblər. Sektorun kredit siyasətindəki dəyişikliklər Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.

2023-cü ilin II rübü üzrə kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdən tanış olmaq olar:

Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?