9 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2026-cı ilədək hər il ən azı 10 daxili bazar araşdırmasının aparılmasına dəstək göstəriləcək

“Daxili bazar araşdırması mexanizminin tətbiqinə başlanıldığı 2019-cu ildən indiyədək KOBİA-nın təşəbbüsü ilə 26, KOB subyektlərinin müraciətləri əsasında isə 23 daxili bazar araşdırması aparılıb”.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Biznesə xidmətlər departamentinin KOB-ların maliyyə mənbələrinə çıxışına dəstək şöbəsinin müdiri İlkin Əliyev deyib.

Onun sözlərinə görə, bu araşdırmalar barədə ətraflı məlumat KOBİA-nın saytında (www.smb.gov.az) yerləşdirilib: “Hazırlanmış hesabatların faydalılıq dərəcəsinin ölçülməsi məqsədilə dövri olaraq daxili bazar araşdırmasına dövlət dəstəyindən istifadə etmiş sahibkarlarla əlaqə saxlanılır və demək olar ki, əksər sahibkarların rəylərinə əsasən, araşdırma nəticələri onların düzgün qərar qəbul etmələrinə müsbət təsir göstərib”.

İ.Əliyev əlavə edib ki, “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda KOB subyektlərinə dəstək üçün daxili bazar araşdırması mexanizmindən istifadə olunması da nəzərdə tutulub. Belə ki, KOB subyektlərinin mövcud bizneslərinin genişləndirilməsi və onların yeni sahələr üzrə diversifikasiya təşəbbüslərinin həyata keçirilməsi məqsədilə 2026-cı ilədək hər il ən azı 10 daxili bazar araşdırmasının aparılmasına dəstək göstərilməsi planlaşdırılır.

VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?