9 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlara məxsus istehsal və saxlanma yerlərində fitosanitar vəziyyət sabitləşib

Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərin müraciəti əsasında cari ilin avqust ayı ərzində respublika ərazisində 4439.82 ton dənli və paxlalı bitkilərin məhsulları, yemlər, texniki yüklər, qurudulmuş meyvələr və digər materiallar (tütün, pambıq, biyan və digər karantin nəzarətində olan materiallar), 27044.93 kubmetr meşə materialları (taxta altlıqlar (paletlər), qutular və s), 59616 kubmetr saxlanma yeri, 23600 kubmetr istixana və digər yerlər zərərsizləşdirilib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, keçirilən fumiqasiya (zərərsizləşdirmə) tədbirləri nəticəsində ölkə ərazisində, sahibkarlara məxsus istehsal və saxlanma yerlərində fitosanitar vəziyyət sabitləşib, idxal olunan məhsullarda zərərvericilərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısı alınıb.

Zərərsizləşdirmə tədbirləri karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir.

Mərkəzin fumiqasiya dəstələri tərəfindən sahibkarların müraciəti əsasında beynəlxalq standartların tələblərinə və mövcud təlimata uyğun olaraq operativ və keyfiyyətli fumiqasiya tədbirləri həyata keçirilir.

VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?