13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qida və içki sektorunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) ilə görüş keçirilib.

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və assosiasiyaya üzv olan sahibkarlar iştirak ediblər.

Görüşdə qida və içki istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla biznes fəaliyyətinə, iş adamlarının qarşılaşdıqları ehtiyac və çətinliklərə dair fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə laborator analizlərin aparılması, idxal-ixrac əməliyyatları, ət kəsimi prosesi, qanunvericiliyin təkmilləşdirilməsi prosesində ictimai iştirakçılıq, istehsal və ixrac prosedurlarına dair biznes ictimaiyyətinin məlumatlandırılması tədbirləri və s. barədə sahibkarların təklifləri dinlənilib, KOBİA-nın qeyd edilən istiqamətdə dəstəyinə dair müzakirələr aparılıb.

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?