23 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlara SİF-in fəaliyyət istiqamətləri barədə məlumat verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə B2G forum keçirilib.

Fonddan verilən məlumata görə, 100-ə yaxın biznes nümayəndəsinin iştirak etdiyi forumda SİF-in İdarə Heyətinin sədri Osman Xaliyev qurumun fəaliyyət istiqamətləri, o cümlədən maliyyə mexanizmləri barədə məlumat verib.

İdarə Heyətinin sədri qeyd edib ki, Fondun əsas məqsədi Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, eləcə də dövlət və sahibkarlar arasında əməkdaşlığın və qarşılıqlı inam mühitinin inkişafına nail olmaqdır.

Xatırladaq ki, bu ilin yanvar-iyul ayları ərzində Fond tərəfindən 1295 layihənin maliyyələşdirilməsinə 64,8 milyon manat güzəştli kredit verilib. Verilən güzəştli kreditlərin regionlar üzrə məbləğə görə bölgüsündə 16,3 milyon manat Bakı şəhəri və Abşeron iqtisadi rayonunun, 48,5 milyon manat isə digər regionların payına düşüb. Kreditlər hesabına 937 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?