28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB subyektlərinin satış imkanlarının genişləndirilməsinə dəstək davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək mexanizmlərindən 2023-cü ilin yanvar-iyun aylarında 50-yə yaxın mikro, kiçik və orta sahibkarlıq subyekti yararlanıb.

Agentlikdən “vergiler.az”a verilən məlumata görə, sərgilərdə iştiraka dəstəkdən istifadə etmək üçün bu dövrdə KOB subyektlərindən Agentliyə 121 müraciət daxil olub. Onlardan müvafiq tələblərə cavab verən 38 KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə keçirilən 4 sərgidə (3-ü ölkədə, 1-i xaricdə olmaqla) ödənişsiz iştirakı təmin edilib. Azərbaycanda və xaricdə KOBİA-nın dəstəyi və təşkilatçılığı ilə keçirilən ixtisaslaşmış sərgi və yarmarkalarda iştirak edərək məhsul və xidmətlərini tanıtmaq və satış imkanlarını genişləndirmək istəyən KOB subyektləri müvafiq müraciət formasını doldurmaqla elektron qaydada KOBİA-ya müraciət edə bilərlər (https://bit.ly/3KA0f1N).

Cari ilin ilk 6 ayında ticarət şəbəkələrinə çıxışa dövlət dəstəyi mexanizmindən yararlanmaq üçün Agentliyə KOB subyektlərindən 38 müraciət daxil olub ki, onlardan müvafiq qaydalara uyğun olan 6 KOB-a dəstək göstərilib. Bu dövrdə ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi üzrə satış yerlərinin sayı artırılaraq 6-ya çatdırılıb.

Mikro və kiçik sahibkarlıq subyektləri güzəştli şərtlərlə məhsullarının "Bravo" hipermarket, "Bolmart" supermarket, "Bizim market", "Şərq bazarı" Ticarət Mərkəzi və digər ticarət şəbəkələrində satışının təşkil olunması üçün KOBİA-ya müraciət edə bilərlər (https://bit.ly/3OOjF5F).

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?