27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Saken Mukan: “Azərbaycan “yaşıl” enerjinin payını artırmaq üçün mühüm addımlar atır”

“Yaşıl” iqtisadiyyat Azərbaycan hökumətinin əsas prioritetlərindən biridir.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına qazaxıstanlı politoloq, Qazaxıstan Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin Media kommunikasiyaları və tarixi kafedrasının professoru Saken Mukan deyib.

Ekspertin fikrincə, “yaşıl” iqtisadiyyata keçid bir sıra problemlərin həllinə öz töhfəsini verəcək: “Azərbaycan "yaşıl" enerjinin payının artırılması istiqamətində mühüm addımlar atır. Artıq bir neçə beynəlxalq tərəfdaşla birlikdə bu istiqamətdə müvafiq layihələrin icrasına başlanılıb. Azərbaycanın nəhəng enerji resursları ölkənin Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırır".

Ekspert qeyd edib ki, Mərkəzi Asiya və Qafqaz regionlarında yataqlarda qazma işləri aparan şirkətlərin “yaşıl” enerji mənbələrinə keçidlə bağlı kifayət qədər təcrübəsi var ki, bu da əhalinin onlara inam səviyyəsini artırır.

"Məncə, “yaşıl” enerjinin bu gün region ölkələrinin gündəmində olmasına baxmayaraq, ənənəvi enerji mənbələri ilə əvəzlənmə mərhələli şəkildə baş tutacaq. Çünki həm Qazaxıstan, həm də Azərbaycan üçün əsas gəlir neft məhsullarının satışından əldə edilir ", - o əlavə edib.

Tamilla MƏMMƏDOVA

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?