18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AZSTAND və Özbəkistanın müvafiq qurumu arasında Əməkdaşlıq Proqramı imzalanıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətində Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında Texniki Tənzimləmə üzrə Agentliyin (O’ZTTA) rəhbərliyi ilə görüş keçirilib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, görüş zamanı Dövlət Xidməti tərəfindən keyfiyyət infrastrukturunun inkişafı istiqamətində atılan addımlar, həmçinin, qarşıya qoyulan hədəflərin reallaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib. Tərəflər, həmçinin, iki ölkə arasında müvafiq sahədə əməkdaşlıq perspektivlərini müzakirə edib, qurumlar arasında qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.

Ölkəmizə səfər çərçivəsində Özbəkistanın Texniki Tənzimləmə üzrə Agentliyinin rəhbərliyi Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) da görüş keçirib. Görüşün sonunda AZSTAND və O’ZTTA arasında 2023-2024-cü illər üçün Əməkdaşlıq Proqramı imzalanıb. Sənədə əsasən, tərəflər texniki reqlamentlər və onların istinad standartlarının hazırlanması, qəbulu və tətbiqi sahəsində qarşılıqlı təcrübə mübadiləsi həyata keçirəcək, həmçinin dövri nəşrlərin mübadiləsi, standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsi, informasiya texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq edəcəklər.

Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) və O’ZTTA nümayəndələri arasında görüşdə isə uyğunluğu qiymətləndirən qurumlara dair tələblərin formalaşdırılması və səlahiyyətlərin verilməsi, o cümlədən qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri