20 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmlak icarəsindən büdcəyə 19,3 milyon manat vəsait ödənilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin 7 ayı ərzində qeyri-yaşayış sahəsinə dair 418 yeni icarə müqaviləsi bağlanılıb.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,6 milyon manat vəsait ödənilib.

Cari ilin yanvar-iyul aylarında 1497 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 15,7 milyon manat məbləğində vəsait ödənilib.

Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2023-cü ilin yanvar-iyul ayları ərzində 1915 yeni icarə müqaviləsi bağlanılıb. Bu ilin yanvar-iyul ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 19,3 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub və proqnoza 147,7 faiz əməl edilib.

VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur?