22 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir

Bu ilin avqust ayının 15-nə olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulan 930 min hektar sahənin 910,2 min hektarı və yaxud 97,9 faizi biçilərək məhsulu yığılıb.

vergiler.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sahələrdən 2915,3 min ton məhsul toplanıb, məhsuldarlıq 32 sentnerə bərabər olub. Məhsulun 1828,6 min tonunu və yaxud 62,7 faizini buğda, 1064,1 min tonunu (36,5 faizini) arpa, 22,6 min tonunu (0,8 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.

Ölkənin 21 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 31 rayonda və Naxçıvan Muxtar Respublikasında biçilməsi nəzərdə tutulan sahənin 90 faizindən çoxu biçilib, digərlərində isə biçinin aparılması səviyyəsi 90 faizdən aşağı olub.

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?