14 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkədə mebel istehsalı 20 faiz artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 145,1 milyon manat dəyərində mebel istehsal edilib.

"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki müvafiq göstəricini 20,2 faiz və ya 24,4 milyon manat üstələyir.

Cari ilin iyun ayı ilə müqayisədə isə iyulda istehsal həcmində dəyər olaraq 7,8 faiz və ya 1,9 milyon manat azalma qeydə alınıb. İyul ayında 22,3 milyon manat dəyərində mebel istehsal olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin ilk yeddi ayında ölkəyə 74,6 milyon ABŞ dolları dəyərində mebel və onun hissələri idxal olunub ki, bu da 2022-ci ilin eyni dövrünün göstəricisini 25,3 faiz və ya 15 milyon dollar üstələyir.

Cari ilin iyun ayı ilə müqayisədə iyulda sözügedən məhsulların idxalı dəyər ifadəsində 5,9 faiz və ya 561 min dollar azalıb. İyulda ölkəyə 9 milyon dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, cari ilin ilk 7 ayında bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,78 faizə bərabər olub.

VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?