26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkar Rauf Həmidov: “Sahibkarlara dövlət dəstəyi ildən-ilə gücləndirilir”

“Azərbaycanda sahibkarlara dövlət dəstəyi ildən-ilə gücləndirilir”. Bunu “vergiler.az”a Xaçmaz şəhərində fəaliyyət göstərən "Şahdağ süd və ət" MMC-nin direktoru Rauf Həmidov deyib.

Sahibkarların dövlətdən çox böyük dəstək aldığını deyən R.Həmidovun sözlərinə görə, İqtisadiyyat Nazirliyi sahibkarların hər hansı məsələ ilə əlaqədar etdikləri bütün müraciətlərinə operativ reaksiya verir, onlara problemlərinin həllində yardım göstərir.

R.Həmidov deyib ki, onun yararlandığı dövlət mexanizmlərindən biri Sahibkarlığın İnkişafı Fondundan (SİF) güzəştli şərtlərlə kredit almasıdır. Onun sözlərinə görə, 2019-cu ildə 2 608 743 manatlıq layihənin maliyyələşdirilməsi məqsədilə SİF-dən ayrılan 650 min manat kredit hesabına istehsal müəssisələrini daha da təkmilləşdirərək ət kəsimi məntəqələrini yeni avadanlıqlarla təmin ediblər.

Məntəqədə Türkiyə, Avstriya və Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb.

Məntəqədə heyvanların standartlara uyğun kəsildiyini qeyd edən R.Həmidov əlavə edib ki, kəsdikləri heyvanların bəziləri özləri tərəfindən yetişdirilsə də, bəziləri satın alınır.

İlhamə İSABALAYEVA

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?