19 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycandan 26,2 milyon dollar dəyərində sement ixrac edilib

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 26,2 milyon ABŞ dolları dəyərində 462 min ton hazır və ya klinker formasında sement ixrac edilib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 9,52 milyon dollar və ya 56,9 faiz, həcm baxımından isə 82,6 min ton və ya 21,8 faiz çoxdur.

Təkcə cari ilin iyul ayında ölkədən 5,23 milyon dollar dəyərində 90,29 min ton sement ixrac edilib ki, bu da iyun ayı ilə müqayisədə dəyər ifadəsində 129,59 min dollar (2,4 faiz) az, həcm olaraq isə 571,31 ton (0,6 faiz) çoxdur.

2023-cü ilin ilk 7 ayı ərzində sementin ümumi ixracda xüsusi çəkisi 0,13 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,31 faizə bərabər olub.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?