27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pirallahı Sənaye Parkına investisiya yatırılması perspektivləri müzakirə edilib

Özbəkistanın əczaçılıq sahəsində fəaliyyət göstərən 10-a yaxın şirkətinin nümayəndələri ilə Pirallahı Sənaye Parkına investisiya yatırılmasının prespektivləri müzakirə edilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) “vergiler.az”a verilən məlumata görə, Özbəkistanın Əczaçılıq Sənayesinin İnkişafı Agentliyi sədrinin müşaviri Xilola Qaniyeva və Özbəkistanın bir qrup əczaçılıq şirkətinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Pirallahı Sənaye Parkında görülən işlərlə, Sənaye Parkının rezidenti “Diamed Co” MMC-nin birdəfəlik şpris istehsalı zavodunun fəaliyyəti ilə tanış olublar.

Səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti ilə İZİA və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbərliyi arasında görüş keçirilib.

Qonaqlara ölkədə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün yaradılan əlverişli investisiya mühiti, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib.
Görüş çərçivəsində Özbəkistan şirkətlərinin nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyətləri barədə təqdimatlarla çıxış ediblər.

Sonda sənaye zonalarında əczaçılıq sahəsində birgə layihələrin həyata keçirilməsi, farmasevtika istiqamətində əməkdaşlıq əlaqələrinin inkişafı üçün tədqiqat və inkişaf mərkəzinin formalaşdırılması imkanlarına dair məsələlər müzakirə edilib.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?