27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

5, 11, 12 və 14 sentyabr tarixlərində hərrac keçiriləcək

5, 11, 12 və 14 sentyabr tarixlərində keçiriləcək hərraclara müxtəlif çeşidli 51 əmlak çıxarılıb. Bunların arasında yardımçı təsərrüfat, iaşə obyektləri, mağaza da var.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən "vergiler.az"a verilən məlumata görə, Xidmət tərəfindən sentyabr ayında keçiriləcək hərraclara çıxarılan əmlakların sayı çox, çeşidi isə müxtəlifdir. Növbəti ayın 5-i, 11-i, 12-si və 14-ü tarixlərində hərrac keçiriləcək.

Sentyabrın 5-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi və 2 avadanlıq çıxarılıb. Bunların sırasında müxtəlif markalı minik avtomobilləri ilə yanaşı, traktor da var.

Sentyabrın 11-də keçiriləcək hərraca “AqrarKredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan 9 nəqliyyat vasitəsi çıxarılıb. Nəqliyyat vasitələrinin istehsal tarixi 2008-2013-cü illəri əhatə edir.

Sentyabrın 12-də təşkil olunacaq hərracda isə 13 obyekt və 11 nəqliyyat vasitəsinin özəlləşdirilməsi imkanı yaradılacaq. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, hamam, iaşə obyektləri, mağaza da var.

Sentyabrın 14-də keçiriləcək hərraca “Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinə məxsus 4 daşınmaz əmlak çıxarılıb.

Hərraca çıxarılan əmlakların tam siyahısı: (https://clck.ru/33TqtH)

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?