27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda Qara Dəniz-Xəzər Logistika Forumu keçiriləcək

Sentyabrın 20-21-də Bakıda “Qara Dəniz - Xəzər Logistika Forumu 2023: dəhlizlər, yüklər, infrastruktur” adlı beynəlxalq konfrans və sərgi keçiriləcək.

vergiler.az” tədbirin təşkilatçısı “RDL Group”a istinadən xəbər verir ki, konfransa qatılmaq üçün dünyanın 15 ölkəsindən 100-dən çox iştirakçı qeydiyyatdan keçib.

Forum çərçivəsində Qara dəniz və Xəzər regionlarının logistika sənayesinin peşəkarları ilə birgə aktual bazar problemləri və praktiki hallar müzakirə olunacaq.

Tədbirdə müzakirə olunacaq əsas məsələlər:

- Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı üçün yeni imkanlar,

- Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üçün tranzit platforması kimi potensialı,

- Nəqliyyat marşrutunda ən mühüm həlqə kimi Qazaxıstan və Gürcüstan vasitəsilə tranzit,

- Türkiyədə logistika infrastrukturunun inkişafı,

- Regionda dəniz limanlarının və terminalların inkişafı,

- Hüquqi məsələlərdə yeni tendensiyalar. Sığorta riskləri və sair məsələlər.

Konfransla yanaşı, sərgi meydançası da təşkil olunacaq. Proqram çərçivəsində Bakı limanına ekskursiya nəzərdə tutulub.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?