28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Sənaye Sektorunda Rəqəmsallaşma” mövzusunda vebinar keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə “Sənaye Sektorunda Rəqəmsallaşma” mövzusunda vebinar keçirilib.

Mərkəzdən “vergiler.az”a verilən məlumata görə, “ES Azərbaycan” və “Siemens Digital Industries Software” şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində keçirilən tədbirdə “Müasir Sənaye Maşınları: tendensiyalar və çağırışlar”, “Uğurlu nümunələr”, “Mühəndisliyin detalları”, “Lean Production” nədir?, “Comissioning” nədir?, “Avadanlıq və maşınlara texniki qulluq” mövzularında təqdimatlar keçirilib, “Siemens Digital Industries Software” şirkətinin rəqəmsal transformasiya üzrə qabaqcıl təcrübəsi haqqında məlumat verilib.

50-dən çox sənaye sahəsində fəaliyyət göstərən müəssisələrin nümayəndələrinin iştirak etdiyi vebinar “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Elm-sənaye klasteri 4.0”nin formalaşdırılması istiqamətində keçirilmiş və əsas məqsəd ölkəmizdə fəaliyyət göstərən müəssisələr ilə qlobal şirkətlərin rəqəmsal həllərinin, təcrübələrin paylaşılması və eyni zamanda yerli müəssisələrdə rəqəmsallaşma prosesinə töhfə verməkdir.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?