14 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avstriya şirkəti sənaye zonalarına investisiya yatırmağa dəvət edilib

Avstriyanın “Grabher Group GmbH” şirkətinin baş direktoru Günter Qrabherin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyində görüş keçirilib.

Agentlikdən “vergiler.az”a verilən məlumata görə, qonaqlara ölkədə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılan əlverişli investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib.

Görüş çərçivəsində Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC tərəfindən istehsal edilən polipropilendən istifadə etməklə sənaye zonalarında müxtəlif təyinatlı emal məhsullarının istehsalı müəssisəsinin yaradılması imkanları müzakirə edilib.

Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ünvanlanan suallar cavablandırılıb.

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?