24 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əli-Zadə Əli Bala: “Güzəştli kreditlərin verilməsi dövlətin sahibkarlara ən gözəl dəstək formasıdır”

Bunu “vergiler.az”a "Aqribioekotex" MMC-nin rəhbəri Əli-Zadə Əli Bala deyib.

Onun sözlərinə görə, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlərin verilməsini dövlətin sahibkarlara göstərdiyi ən gözəl dəstək forması hesab etmək olar.

“Bu kreditlər olmasaydı, bir çox sahibkar fəaliyyətini dayandırmaq məcburiyyətində qalardı” deyən Ə.Əli-Zadə bildirib ki, biotexnologiya məhsullarının istehsalı ilə məşğul olan "Aqribioekotex" MMC-də Sahibkarlığın İnkişafı Fondunun xətti ilə ümumi dəyəri 925 000 manat olan layihənin maliyyələşdirilməsi üçün dövlətdən 440 000 manat kredit alıb. Artıq sahibkar aldığı kreditin yarısından çoxunu ödəyib.
Sahibkarın bildirdiyinə görə, təxminən 35 ildir ki, fəaliyyət göstərən, Avropa standartlarına uyğun məhsul istehsal edən şirkət daxili bazarın tələbatını ödəməklə yanaşı, Almaniya, Macarıstan, Türkiyəyə də məhsul ixrac edir: “Biz konsentrant istehsal edirək onları xaricə göndəririk. Xaricdə bu konsentrantları yenidən çoxaldaraq Küveytə, Omana, Səudiyyə Ərəbistanına və s. satırlar. Azərbaycanda istehsal etdiyimiz məhsulların 85-90 faizini konsentrant kimi satırıq. Təxminən 10-15 faizini xaricə ixrac edirik”.

İlhamə İSABALAYEVA

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?