16 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daşınmaz dövlət əmlakının icarəsindən büdcəyə 16 milyon manat ödənilib

2023-cü ilin birinci yarımilliyində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyri-yaşayış sahəsinə dair 380 yeni icarə müqaviləsi bağlanılıb.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,1 milyon manat daxil olub. Bununla da yarımillik büdcə proqnozuna 173,7 faiz əməl olunub.

Cari ilin yanvar-iyun aylarında dövlət mülkiyyətində olan 1363 torpaq sahəsi üzrə yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 12,9 milyon manat ödənilib və yarımillik büdcə proqnozu 143 faiz yerinə yetirilib.

Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2023-cü ilin birinci yarımilliyində 1743 yeni icarə müqaviləsi bağlanılıb. Bu ilin yanvar-iyun ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 16 milyon manat ödənilib və proqnoza 148,2 faiz əməl edilib.

VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?